Fernando Alonso karyerasını bitirir

İspaniyalı pilot Fernando Alonso "Formula 1"lə vidalaşır. SportLine.az xəbər verir ki, idmançı Əbu-Dabi Qran-Prisində sonuncu dəfə trekə çıxacaq. 

Bununla bağlı keçirdiyi mətbuat konfransında F.Alonso, "Hələ ki, hər şey qaydasındadır. Fərqli bir şey hiss etmirəm. Amma bazar günü təşkil olunacaq yarışdan sonra daha fərqli əhval-ruhiyyədə olacağam", - deyə qeyd edib.

Mətbuat konfransında xatirələrini bölüşən pilot, "Ən çətin rəqibim Mixael Şumaxer olub", - deyib.

37 yaşlı pilot 18 ildir "Formula 1" yarışlarında çıxış edir. O, karyerası ərzində 310 dəfə trekə çıxıb. Bu yarışların 32-də qələbə qazanan ispaniyalı, 97 dəfə podyuma qalxıb. F.Alonso iki dəfə dünya çempionu tituluna yiyələnib.