"Ferrari" pilotu Bakıya uçuş zamanı komanda yoldaşı ilə zarafatlaşdı

"Formula 1" üzrə dünyan çempionatında çıxış edən "Ferrari" pilotları Karlos Sayns və Şarl Lekler Azərbaycana səfər zamanı kiçik turbulent zonaya düşüblər.

Sportline.az xəbər verir ki, Lekler hadisədən sonra qorxub və bu, komanda yoldaşının onunla zarafatlaşmasına səbəb olub.

Sayns Leklerin videosunu paylaşaraq "Kimsə altını batırdı" yazıb.

Qeyd edək ki, Azərbaycan Qran-porisi 4 - 6 iyunda keçiriləcək. Mövsümün ilk 5 mərhələsindən sonra Şarl Lekler altıncı, Karlos Sayns isə yeddinci yerdədir.