Fettel 1-ci oldu

"Ferrari”in almaniyalı pilotu Sebastyan Fettel "Formula 1” üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüşdə ən yaxşı göstəriciyə imza atıb.

SportLine.az xəbər verir ki, almaniyalı pilot 1 saat 43 dəqiqə 0,91 saniyə göstərici ilə rəqiblərini qabaqlayıb. "Mercedes”in  sürücüsü Lüis Hemilton ikinci, "Ferrari”nin digər pilotu Kimi Raykkonen isə üçüncü yeri olub.

İlk sərbəst yürüşdə "Mercedes”in pilotu Valtteri Bottas, ikincisində isə "Red Bull”un sürücüsü Daniel Rikkardo ən yaxşı nəticəni göstəriblər.

Qeyd edək ki, bu gün saat 17:00 - 18:00-da isə sıralama turu olacaq. Aprelin 29-da saat 14:40 - 15:10-da pilotların trek paradı keçiriləcək. Saat 15:56-da Azərbaycan Respublikasının Dövlət Himni səsləndiriləcək. Saat 16:10-da isə "Formula-1” üzrə 2018-ci il Azərbaycan Qran-prisinə start veriləcək. Yarış 51 dövrə və ya 120 dəqiqəni əhatə edəcək.

Sportnet.az