FİFA referisi yeni təyinat aldı

Çimərlik futbolu üzrə FİFA referisi İnqilab Məmmədov, daha bir təyinat alıb.

Sportline.az xəbər verir ki, o, Qətərin paytaxtı Dohada keçiriləcək “ANOC World Beach Soccer Games” turnirinin final mərhələsinin oyunlarına dəvət olunub.

Həmin yarış oktyabrın 12-dən 16-dək keçiriləcək.

Qeyd edək ki, İnqilab Məmmədov eyni zamanda Azərbaycan Premyer Liqasında oyunlar idarə edir.