"Fluminense" - "Əl-Hilal": Heyətlərdəki son durum
Bu gün Klublararası Dünya Çempionatında 1/4 final mərhələsinə start veriləcək.
Sportline.az xəbər verir ki, ¼ finalın ilk oyununda Brazilyanın “Fluminense” klubu ilə Səudiyyə Ərəbistanın “Əl-Hilal” komandası üz-üzə gələcək.
Fluminenese ¼ finalda “İnter”dən güclü olmuşdusa, “Əl-Hilal” “Mançester Siti”ni üstələləməyi bacarmışdı.Heyətlərə nəzər saldıqda “Fluminense”də yeganə itki Otavionun adı ilə bağlıdır.
“Əl-Hilal”da isə itkilərin sayı kifayət qədərdir. Abdullah Al-Hamdan, Suhayib Al Zaid, Hassan Al Tambakti, Aleksander Mitroviç və Salem Al Dovsari zədə səbəbindən oyunu buraxmalı olacaq.
Görüşü niderlandlı Danniele Makkeli idarə edəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Qeyd edək ki, 1/4 finalın digər oyunlarında "Palmeyras" "Çelsi", "Paris Sen-Jermen" - "Bavariya", "Real Madrid" isə "Borussiya Dortmund"la qarşılaşacaq.