“Formula-1”: Bakıda ilk kuboklar sahiblərini tapdı

Bakıda keçirilən GP2 seriyası üzrə birinci yarışa yekun vurulub. SportLine.az Apasport.az saytına istinadən xəbər verir ki, artıq ilk mükafatlar sahiblərini tapıb.

“Formula-1”ə dəstək üçün keçirilən GP2-nin birinci yürüşündə 22 pilot 29 dövrəlik yarışda iştirak ediblər. Ancaq idmançılardan yalnız 10-u finişə çata bilib.

"Prema Racing"in pilotu Antonio Covinatsi finiş xəttini hamıdan birinci keçib. O, buna 1:57.944-lük göstərici ilə nail olub. İkinci yeri ART-nin idmanmısı Sergey Sirotkin (1:58.116), üçüncü pilləni isə "Russian Time"nin pilotu Rafael Marçello (1:58.427) tutub.

İlk 3 yeri tutan idmançılar kubokla mükafatlandırılıblar. Onlara mükafatları Gənclər və İdman Nazirliyinin müavini İsmayıl İsmayılovla Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev təqdim ediblər.

İlk “10-luq” bu cür müəyyənləşib:

1. 20 Antonio Covinatsi - "Prema Racing"

2. 2 Sergey Sirotkin – ART

3. 9 Rafael Marçello - "Russian Time"

4. 22 Olivyer Roulend - "MP Motorsport"

5. 7 Mitç Evans - "Pertamina Campos Racing"

6. 1 Nobuxara Matsişuta – ART

7. 8 Şon Gelael - "Pertamina Campos Racing"

8. 23 Daniel de Yonq - "MP Motorsport"

9. 15 Luka Qyotto - "Trident"

10. 11 Qustav Malya - "Rapax"