"Formula-1"in ilk rəsmi elçiləri açıqlandı
İyun ayında Bakıda keçiriləcək "Formula-1" üzrə Avropa Qran Prisinin ilk rəsmi elçiləri bəlli olub. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən SportLine.az saytına verilən məlumata görə, Qran Priya 130 gün qaldığı ərəfədə ilk rəsmi elçilər ictimaiyyətə təqdim edilib.
Azərbaycanın əməkdar artisti, bəstəkar və Bakı 2015 Avropa Oyunlarının ulduz elçilərindən biri Tünzalə Ağayeva, Formula 1 şərhçisi Rəhim Əliyev və Formula 3 yarışlarında Azərbaycanı təmsil edən gənc pilot Gülhüseyn Abdullayev F1 Avropa Qran Prisininin ilk rəsmi elçiləri adına layiq görülüb.