Fransalı atlet dünya rekordu müəyyənləşdirib
Fransalı atlet Saşa Joya yeniyetmələr arasında 110 metr məsafəyə maneələrlə qaçış yarışlarında dünya rekordu müəyyənləşdirib.
Sportline.az xəbər verir ki, atlet bu uğura Keniyanın paytaxtı Nairobidə təşkil olunan dünya çempionatında nail olub. S.Joya məsafəni 12,72 saniyəyə qət edib.
Böyüklər arasında dünya rekordu ABŞ idmançısı Aris Merrittə məxsusdur. Atlet məsafəni 12,80 saniyəyə qət etməklə rekorda imza atıb.
S.Joyanın rekordu böyüklər kateqoriyası üzrə qəbul olunmayıb. Buna səbəb yeniyetmələr və böyüklər arasında yarışlarda maneələrin hündürlüyünün fərqli olmasıdır.
Fransa atleti bu il Estoniyada keçirilən Avropa çempionatının da qalibidir.
Keniyada keçirilən 20 yaşadək atletlər arasında dünya çempionatına avqustun 22-də yekun vurulacaq.