Fransalı futbolçudan "Qarabağ" açıqlaması

“Ökə xaricində çıxış etmək istədiyirdim. Azərbaycanın “Qarabağ” klubuna keçmək imkanım var idi”.

Sportline.az xəbər verir ki, bu sözləri Fransanın “Reyms” klubunun futbolçusu Yunis Abdelhamid deyib.
 
Fransalı müdafiəçi ölkəsinin mətbuatına açıqlamasında 2017-ci ildə “Qarabağ”la danışıqlar apardığını, yalnız son anda Ağdam klubuna keçməkdən imtina etdiyini bildirib:

“Cəlbedici təklif idi, maliyyə şərtləri də yaxşı idi. Ancaq mən tərəddüd etdim. “Dijon”da uğursuz təcrübədən sonra inkişaf edə biləcəyim bir klubda çıxış etmək istədim. Müntəzəm oynamamaqdan bezmişdim. Nəhayət, “Reyms” mənim üçün ən doğru seçim oldu”.

Qeyd edək ki, 32 yaşlı Mərakeş əsilli futbolçu karyerası ərzində yalnız Fransada oynayıb. O, bu mövsüm Fransa Liqasında 20 oyuna çıxıb və 1 qol vurub.