Futbolçular qələbəni 22 cazibədar modellə qeyd etdilər

"Mançester Siti"nin futbolçuları Premyer Liqanın 22-ci turunda "Aston Villa" üzərində qazandıqları 6:1 hesablı qələbəni model xanımlarla qeyd edib.

Sportline.az "The Sun"a istinadən xəbər verir ki, "şəhərlilər"in oyunçuları otellərin birində əyləncə təşkil edib. Məclisə İtaliyadan 22 xanım model gəlib.

Bildirilir ki, tədbirdən oyunçuların həyat yoldaşlarının xəbəri olmasa da, komandanın baş məşqçisi Xosep Qvardiola məlumatlı olub.