Futbolçumuz İngiltərə klubuna imtina edib

Milli komandamızın futbolçusu Renat Dadaşov İngiltərənin "Birmingem" klubuna keçə bilərmiş.
 
Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, 21 yaşlı hücumçunun "Çempionşip" təmsilçisində icarə əsasında çıxış etmək imkanı olub. Hətta onun hazırkı klubu "Vulverhempton" buna razılıq verib. Buna rəğmən Renat "Birmingem"ə keçməkdən imtina edib. 
 
Qeyd edək ki, 21 yaşlı forvard "Vulverhempton"la 2019-cu ilin yayında müqavilə imzalasa da, Premyer Liqa klubunun əsas heyətində meydana çıxmayıb. O, bu mövsümün ilk yarısında Portuqaliyanın "Pakuş de Ferreyra" klubunda icarə əsasında çıxış edib. Hazırda isə "Vulverhempton"un U-23 komandasının heyətində forma geyinir.