Futbolçumuz müqavilə yenilədi

"Samtredia" klubu azərbaycanlı futbolçu Nicat Qurbanovu komandada saxlamağa müvəffəq olub. 27 yaşlı yarımmüdafiəçi Gürcüstan təmsilçisi ilə 1 illik müqavilə imzalamağa razılaşıb.

Sportline.az Sportal.az-a istinadən xəbər verir ki,  Nicat açıqlamasında klubla razılaşdığını deyib

"Neçə vaxt idi ki, söhbət gedirdi. Bəzi şərtlərim var idi, sağ olsunlar, qəbul etdilər. Özüm də komandaya qayıtmağı istəyirdim. Çünki, bu klubu tanıyıram. Məşqçi və kollektivimiz əla idi. Geri dönüb, can-başla mübarizə aparacam. İnşallah, qayıdışım xeyirli olar".

Nicat Qurbanov ötən yay "Samtredia"ya keçmişdi. O, 8 qol, 4 assistlik performansla komandanın yüksək liqaya çıxmasında böyük rol oynamışdı.