Futbolçumuz Tailand klubunda

Şüvəlan"dan ayrıldıqdan sonra klubsuz qalan Məmməd Quliyev karyerasını Tailandda davam etdirəcək.

Sportline.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi 3-cü liqa təmsilçisi "Kamhenqphet" klubuna transfer olub.

Onunla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, M.Quliyev daha öncə "Rəvan" və "Keşlə"də çıxış edib.