Futbolçumuzun komandası ermənilərlə oynayacaq

Rusiyanın "Spartak" futbol komandasının Soçidəki təlim-məşq toplanışında rəqiblərindən biri bəlli olub. 

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Moskva təmsilçisi yoxlama oyununda Ermənistan "Araratı" ilə üz-üzə gələcək.

Qarşılaşma fevralın 16-da olacaq. Məşqçilər heyətinin yekun qərarı ilə matç azarkeşlər və mətbuat üçün qapalı rejimdə olacaq. 

Qeyd edək ki, "Spartak"da azərbaycanlı futbolçu Ayaz Quliyev də çıxış edir.