Futbolçusunu vuran baş məşqçiyə qırmızı vərəqə

İaliya D seriyasında “Qrosetto” – “Monterosi” matçında qeyri-adi hadisə baş verib.

Sportline.az xəbər verir ki, ev sahibi komandanın baş məşqçisi Lamberto Maqrini öz futbolçusunu vurub. Buna səbəb isə oyunçunun əvəzləndiyi üçün etiraz etməsi olub.

Baş məşqçi etdiyi hərəkətə görə hakim tərəfindən qırmızı vərəqə ilə cəzalandırılaraq oyundan kənarlaşdırılıb.