Gənc yarımmüdafiəçi "Yuventus"da

"Yuventus" daha bir gənc futbolçunu heyətinə cəlb edib. 

Sportline.az İtaliya mətbuatına istinadən xəbər verir ki, "Siena"nın yarımmüdafiəçisi Yannik Kotter Turin klubu ilə razılıq əldə edib. Bugünlərdə 18 yaşlı futbolçu ilə müqavilə imzalanacağı bildirilir.

Qeyd edək ki, Yannik Kotter "Siena"nın əsas komandasının heyətində 2 oyun keçirib. Əvəzedici heyətdə keçirdiyi 15 matçda isə 5 dəfə fərqlənib.