"Gent" Bakıya Kamillə gəlir

UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq Belçikanın “Gent” klubu heyətə yeni futbolçu cəlb edib. 

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, belçikalılar Polşa millisinin futbolçusu Kamil Pyatkovskinin keçidini reallaşdırıblar.

23 yaşlı müdafiəçi Avstriya təmsilçisi “Zalsburq”dan icarəyə götürülüb. Polşa millisinin mərkəz müdafiəçisi mövsümün sonuna qədər icarə əsasında “Gent”in uğurları üçün çalışacaq. 

Xatırladaq ki, “Qarabağ” “Gent”lə fevralın 16-da Bakıda, 23-də səfərdə qarşılaşacaq.