Gülhüseyn Abdullayev üçün İspaniya sınağı
“Kampos Rasinq” komandasından iştirak edən azərbaycanlı pilot Gülhüseyn Abdullayev İspaniyanın Xeres trekində keçiriləcək beynəlxalq seriyalı “Euro Formula Open” yarışlarının növbəti mərhələsində iştirak edəcək. SportLine.az xəbər verir ki, bu mərhələ mövsüm üzrə çempionluq uğrunda mübarizəsinin yeddinci yarışı olacaq.
Hal-hazırda Gülhüseyn çempionatda iştirak edən 28 pilot arasında 24-cü yerdə qərarlaşıb. Onun yarışlarda ən yaxşı göstəricisi Montsa trekində qazandığı 15-ci yerdi.
Qeyd edək ki, Abdullayev “Euro Formula Open" kimi beynəlxalq yarışlarında çıxış edən yeganə və ilk azərbaycanlı pilotdu.