Gyökeres London klubuna transfer olacaq
"Sportinq"in isveçli forvardı Viktor Gyökeres karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Sportline.az "Record Portugal"a istinadən xəbər verir ki, "Arsenal" Portuqaliya klubu razılıq əldə edib.
27 yaşlı forvardın transfer qiyməti 70 milyon avrodur.
Qeyd edək ki, Gyökeresin "Sportinq"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.
O, ötən mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 52 matçda 54 qol 12 asistlə yadda qalıb.