Hakan Çalhanoğlu "Qalatasaray"a transfer olmaq istəyir

"İnter"in türkiyəli futbolçusu Hakan Çalhanoğlu klubdan ayrılmaq qərarına gəlib.

Sportline.az insayder Yağız Sabuncuoğlunun məlumatına istinadən xəbər verir ki, Hakan "Qalatasaray"a transfer olmaq istəyir.

31 yaşlı yarımmüdafiəçinin "İnter"lə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Hakanın dəyəri 30 milyon avrodur.

O, bu mövsüm meydana çıxdığı 47 matçda 11 qol 8 məhsuldar ötürmə müəllifi olub.