Hansi Flik Yamal haqqında danışıb
“Barselona”nın almaniyalı baş məşqçisi Hansi Diter Flik futbolçusu Lamin Yamal haqqında xoş sözlər söyləyib.
Sportline.az xəbər verir ki, Hansi Flik mətbuat konfransı zamanı bu fikirləri qeyd edib;
“Lamin Yamal mükəmməl futbolçudur. 17 yaşı olmasına baxmayaraq meydanda əsil lider kimi çıxış edir. Bizim ən önəmli futbolçularımızdan biridir. “Bavariya” ilə matçda əla çıxış etdi. Alfonso Deyvisə qarşı sərt mübarizələrdən çəkinmədi”, - deyə H.Flik bildirib.
Qeyd edək ki, Lamin Yamal bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 13 matçda 5 qol və 7 asistlə yadda qalıb.