Harri Keyn əməliyyatdan sonra

“Tottenhem”in hücumçusu Harri Keyn dünən ayağından əməliyyat olunub.

Sportline.az xəbər verir ki, futbolçu əməliyyatdan sonra şəkilləri özünün İnstaqram səhifəsində paylaşıb. Şəkillər arasında Keynin komandasının “Liverpul”a qarşı dünənki Premyer Liqa matçını (0:1) izləmə anı da əks olunub.

Qeyd edək ki, futbolçu bir neçə ay yaşıl meydanlardan uzaq qalacaq. Britaniya mətbuatı onun iyunda start götürəcək Avro-2020-yə kimi sağalacağını və İngiltərə millisinə kömək edə biləcəyini yazıb.