Harri Keyn Avropa çempionatında oynayacaq?

"Tottenhem" və İngiltərə millisinin hücumçusu Harri Keyn Avropa çempionatından kənarda qala bilər.

Sportline.az xəbər verir ki, bunu ölkənin tanınmış cərrahı Kris Uilson "The Independent" qəzetinə məlumat verib. O, 27 yaşlı hücumçunun 6 ay yaşıl meydanlardan kənarda qalacağını vurğulayıb: "Futbolçunun yeni mövsüm öncəsi qayıtmasını istərdim. Keynin aprel və may aylarında qayıdacağı barədə danışırlar. Amma bu reallaşsa çox təəccüblənəcəyəm".

Qeyd edək ki, Harri Keyn İngiltərə Premyer Liqasının XXI turunda "Sautgempton"a səfərdə uduzduqları (0:1) oyunda zədələnib. London klubu oyunçunun əməliyyat olunacağını və aprel ayında məşqlərə davam edəcəyini yazıb. Keyn 2018-ci il Rusiyada keçirilmiş dünya çempionatında 6 qolla bombardir olub. AVRO-2020 12 iyun - 12 iyulda keçiriləcək.