Həbib Nurməhəmmədovun külli miqdarda vergi borcu olduğu üzə çıxıb
UFC-nin yüngül çəki üzrə keçmiş çempionu Həbib Nurməhəmmədovun Rusiya Federal Vergi Xidmətinə (FTS) 309,7 miyon rubl borcu var.
Sportline.az xəbər verir ki, bu barədə Mash Teleqram kanalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, may ayında borcun məbləği 306 milyon olub və bir ay ərzində 3.5 milyon artıb.
"Vergi orqanları Nurməhəmmədovum əmisi oğlu Umara məxsus iki şirkətdə hesabları bloklayıb.Bu tikinti şirkəti və kəndli fermasıdır.Həbibin digər əmisi oğlu Əbubəkirin isə ləğv edilmiş iki fərdi sahibkarlıq fəaliyyəti və külli miqdarda borcu var",-məlumatda deyilir.
Nurməhəmmədovun məşq etdiyi hazırki UFC çempionu İslam Mahaçovun vergi borcu olmadığı bildirilir.
Həbib özü vəziyyəti şəhr etmir.