Holann karyerasını İspaniyada davam etdirə bilər

“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Holann yayda komandasını tərk edə bilər.

Sportline.az “The Mirror” qəzetinə istinadən xəbər verir ki, “Mançester Siti” klubuna yaxın zamanda maliyyə pozuntularına görə sanksiya tətbiq olunarsa, 24 yaşlı hücumçu komandasını tərk edəcək.

İngiltərə çempionu aşağı liqaya göndərilsə, Erlinqi satmağa məcbur qalacaq.

“Real Madrid” Erlinq Holann transfer etmək istəyir.

Holann “Real”da çıxış etməyə müsbət yanaşır.

Qeyd edək ki, “Real Madrid” Holann üçün “Mançester Siti”yə 200 milyon avro ödəməyə hazır olduğu bildirilir.