I Divizionda ilin ilk təyinatları

Azərbaycan I Divizionda XIV turun oyunları üçün bütün təyinatlar açıqlanıb.
 
Sportline.az xəbər verir ki, turun bütün oyunları saat 14:00-da başlanacaq.
 
"Ağsu” turnirdən kənarlaşdırıldığı üçün "Zirə-2” ilə oyun keçirilməyəcək. Bu tur həmçinin "Qarabağ-2” istirahət edəcək.
 
6 fevral
"Sumqayıt-2” – "Qaradağ Lökbatan” 
Hakimlər: Rauf Allahverdiyev, Mübariz Haşımov, Teymur Teymurov, İnqilab Məmmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Şaiq Həmidov
"Kapital Bank Arena” (ehtiyat meydança)
 
"Keşlə-2” – "Neftçi-2”
Hakimlər: Rəşad Əhmədov, Qəzənfər Məmmədov, Səbuhi Soltanov,, İslam Məmmədov
Hakim-inspektor: Fariz Yusifov
AFFA nümayəndəsi: Elgiz Abbasov
"AZAL Arena”
 
MOİK – "Kəpəz"
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, Tural Qurbanov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Asif Əliyev
Lökbatan Olimpiya İdman Kompleksinin Stadionu
 
"Sabah-2” – "Zaqatala”
Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Kərim Zeynalov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: İlham Əliyev
"Bank Respublika Arena” (ehtiyat meydança) 
 
07 fevral 
"Turan Tovuz” – "Səbail-2” 
Hakimlər: Rəhim Həsənov, Eyyub İbrahimov, Elxan Əsgərzadə, Namiq Bəkirov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu