İngiltərədən "Qalatasaray"a

"Qalatasaray" heyətini gücləndirməyi planlaşdırır.

Sportline.az "Football Insider" nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Lids"in müdafiəçisi Yezqan Alioskiyi transfer etmək istəyir. Şimali Makdeoniya millisinin üzvü klubu ilə müqaviləsini yeniləmək üçün razılığa gələ bilməyib. Buna görə də Alioskiy İngiltərə klubundan ayrılmağa qərar verib.
 
Mövsümün sonunda azad agent statusu daşıyacaq sol cinah müdafiəçisi ilə ən ciddi şəkildə maraqlanan "Qalatasaray"dır.

Qeyd edək ki, Alioskiy bu mövsüm keçirdiyi 29 oyunda 3 qol vurub.