İngilis baş məşqçi futbolçumuzu fərqləndirdi

“Vulverhempton”un U-23 komandasının baş məşqçisi Ceyms Kollins ötən həftə oynadıqları iki çətin matçla bağlı klubun saytına açıqlama verib.

Sportline.az  xəbər verir ki, o, Premyer Liqa 2-də "Sauthempton" (0:1) və Premyer Liqa Kubokunda “Birmingem”lə (2:2) görüşlər haqda danışarkən Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxışına da münasibət bildirib:
 
“Birmingem"ə qarşı matçda əvvəlcə yaxşı təsir bağışlamadıq. Ancaq hesabda geri düşdükdən  və 10 nəfərlə qaldıqdan sonra daha yaxşı çıxış etdik. Dadaşov da əks-hücumdan fantastik qol vurdu. Son 15 dəqiqədə isə əla müdafiə olunduq. Bizim üçün möhtəşəm iş görən Dadaşova çox güvənirik. Ancaq o, ön xətdə bəzən tək qalır. Ona görə də hücumda daha keyfiyyətli oynamalıyıq”.
 
Qeyd edək ki,  “Birmingem”lə görüşün 75-ci dəqiqəsində R. Dadaşov komandasının ikinci qolunu vurub.