İngiltərə mətbuatı Dadaşova şans istəyir

Millimizin üzvü Renat Dadaşovun çıxış etdiyi “Vulverhempton” Avropa Liqasının 1/16 final mərhələsində “Espanyol”la qarşılaşacaq.

Sportline.az xəbər verir ki, “canavarlar”ın baş məşqçisi Nunu Santu Espirito bu oyunda bir neçə əsas heyət üzvünü ehtiyatda saxlayacaq.  Bu barədə “wolves.vitalfootball.co.uk” saytı məlumat yayıb. Xəbərdə, portuqaliyalı baş məşqçinin Renat Dadaşova özünü sübut etməsi üçün şans verməli olduğu bildirilib.

“Vulverhempton” klubu Dadaşovu Avropa Liqasının oyunları üçün sifariş edib. 21 yaşlı hücumçunun “Espanyol”la oyunun heyətində olacağı bildirilir.

Sabah keçiriləcək “Vulverhempton” – “Espanyol” matçı saat 00:00-da start götürəcək.