“İnter Mayami” Messi ilə yola davam etmək qərarına gəlib

"İnter Mayami" argentinalı futbolçusu Lionel Messiyə yeni müqavilə təklif edib.

Sportline.az xəbər verir ki, bu haqda ESPN nəşri məlumat yayıb.

Messinin klubla hazırki müqaviləsi bu ilin dekabr ayının 31-nə qədər nəzərdə tutulub.

Qeyd edək ki, 38 yaşlı ulduz futbolçu "İnter Mayami" klubuna 2023-cü ildə transfer olunmuşdu.