"İnter" yeni transferini açıqladı
"İnter" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportline.az xəbər verir ki, milanlılar 21 yaşlı hücumçu Anj-Yoan Bonni ilə müqavilə bağlayıblar.
Bu haqda klubun rəsmi səhifəsində məlumat yayılıb.
Bu transfer üçün "Parma"ya 23 milyon avro ödənildiyi bildirilir.
Fransalı futbolçu ilə anlaşmanın müddəti 2030-cu ilədək nəzərdə tutulub.