İrandan daha bir futbolçu Bakıya gəldi

"Səbail" növbəti transferini həyata keçirib.

Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı təmsilçisi Peyman Keşavarzini heyətinə qatıb. Onunla bu mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, son olaraq "Qostareş Fulad"da çıxış edən müdafiəçi əvvəllər "Traktorsazi", "Maşınsazi" və "İstiqlal" (Ahvaz) klublarında çıxış edib. Keşavarzi ötən il Sumqayıt"da olsa da, komandada debüt etmədən ayrılıb.