İstanbul derbisinin hakimi açıqlandı

Türkiyə Super Liqasının XXIV turunda keçirilən "Fənərbağça” - "Qalatasaray” oyununun hakimləri açıqlanıb. 

Sportline.az xəbər verir ki, bu barədə TFF məlumat yayıb. 

İstanbul derbisini FİFA referisi Cüneyt Çakır idarə edəcək. 

Qeyd edək ki, fevralın 6-da keçiriləcək "Fənərbağça” – "Qalatasaray” matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.