İtaliya klubunda istefa

İtaliyanın "Torino" futbol komandası baş məşqçisi Valter Matsarini istefaya göndərib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssislə qarşılıqlı razılaşma əsasında yollar ayrılıb. Onu, Moreno Lonqo əvəzləyib.

Qeyd edək ki, Valter Mazzarri 2018-ci ildən "Torino"nun baş məşqçisi idi.

22 turdan sonra 27 xal toplayan Turin təmsilçisi A Seriyasında 12-ci pillədə qərarlaşıb.