Jozenin "Barselona" arzusu puç oldu

"Real Sosyedad"ın futbolçusu Villian Jozenin "Barselona" keçidi alınmayıb.

Sportline.az İspaniya mətbuatına istinadən xəbər verir ki, buna klubların maliyyə məsələsində razılaşmaması səbəb olub. "Real Sosyedad" 28 yaşlı hücumçu üçün 30 milyon avro tələb etsə də, Kataloniya təmsilçisi 21 milyon avro ödəyə biləcəyini vurğulayıb.  Təzminat məsələsindəki fikir ayrılığına görə bu transfer baş tutmayıb.

Qeyd edək ki, V. Joze bu mövsüm La Liqada 20 matçda 8 qol vurub.