Jul Kunde “Real Madrid” barədə danışıb

“Barselona”nın fransalı futbolçusu Jul Kunde “El Klassiko” öncəsi mətbuat konfransı keçirib.

Sportline.az xəbər verir ki, 25 yaşlı futbolçu “Real Madrid”in güclü komanda olduğunu qeyd edib.

“Real Madrid” böyük klubdur. Ötən mövsüm bütün kubokları qazandılar. Bu mövsümdə eyni uğuru təkrar etməyə çalışacaqlar. Onlar güclü heyətə malikdir. Vinisius,Mbappe, Rodriqo, Bellingem,Valverde, Çuameni,Kamavinqa. Bunlar sadəcə bir qismidir. Vinibu mövsümdə mükəmməl çıxış edir. Onun qarşısını almaq çox çətindir. Vinisiusu 90 dəqiqə tək başına müdafiə edə bilməzsiniz. Komanda olaraq bunu etməlisiniz. Çətin matç olacaq. Meydanda hər şeyimiz verməyə hazırıq”, - deyə J.Kunde bildirib.

Qeyd edək ki, “Real Madrid” – “Barselona” matçı bu gün saat 23:00-da başlayacaq.