Kalvert Luyin Mançester klubuna transfer ola bilər

"Everton"dan azad agent kimi ayrılan ingiltərəli hücumçu Dominik Kalvert-Luyin karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.

Sportline.az "Talk Sport" nəşrinə istinadən xəbər verir ki, Mançester klubu futbolçunun meneceri ilə danışıqlara başlayıb.

28 yaşlı forvardın dəyəri "Transfermarkt" portalına görə, 16 milyon avrodur.

Qeyd edək ki, Kalvert Luyin ötən mövsüm meydana çıxdığı 26 matçda 3 qol 1 məhsuldar ötürmə ilə yadda qalıb.