Kamran Əliyevin klubunda tanış məşqçi

"Simurq"un sabiq baş məşqçisi Sergey Yuran Rusiya I divizionunda çıxış edən “Ximki”nin baş məşqçisi təyin edilib.

Sportline.az xəbər verir ki, klub saytı müqavilənin detallarını açıqlamayıb.

Ukraynalı mütəxəssis 2011-ci ildə "Simurq"un baş məşqçisi olub.

"Xİimki"də Azərbaycanın U-21 millisinin sabiq üzvü Kamran Əliyev çıxış edir. 21 yaşlı yarımmüdafiəçi bu mövsüm 23 oyuna 8 qol vurub.