Kazımcan Karataş “Başakşəhər”də

“Qalatasaray” müdafiəçi Kazımcan Karataşı icarə əsasında başqa kluba göndərib.

Sportline.az xəbər verir ki, İstanbul təmsilçisi türkiyəli futbolçunu “Başakşehir”ə icarəyə verib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

23 yaşlı sol cinah müdafiəçisi mövsümün ikinci yarısında “Başakşehir”in formasını geyinəcək.