Keniyalı idmançı 5 kilometrə qaçış üzrə dünya rekorduna imza atdı

Keniyalı idmançı Beatris Çepkoeç 5 kilometrə qaçış üzrə dünya rekorduna imza atıb.

Sportline.az bu barədə TASS-a istinadən xəbər verir.

İdmançı bu uğura Monakoda keçirilən yarışda nail olub.

Çepkoeç bu məsafəni 14 dəqiqə 43 saniyəyə qət edib. Qeyd edək ki, bu əvvəlki dünya rekordundan 1 saniyə qısadır. Əvvəlki rekord niderlandlı Sifan Hassana məxsus idi.

Çepkoeçin 29 yaşı var. O, 3 000 metrə maneələrlə qaçış üzrə hazırkı dünya çempionudur. Çepkoeç bu növdə də dünya birincisidir - 8.44,32.