"Kəpəz" Bakı klubu ilə bacarmadı

Birinci divizionda mövsümün ikinci dövrəsinə hazırlığın qalan hissəsini Bakıda davam etdirən “Kəpəz” bu gün yoxlama oyunu keçirib.

Sportline.az xəbər verir ki, Gəncə klubu  “Səbail-2” komandası ilə qarşılaşıb.

ASCO Arena”da keçirilən görüş 1:0 hesabı ilə paytaxt klubunun xeyrinə başa çatıb.

Kəpəz” paytaxtda olduğu müddətdə daha bir yoxlama oyunu keçirəcək. Komanda yanvarın 28-də  “Keşlə-2” ilə qarşılaşacaq.