"Kəpəz" "Turan"la sülh bağladı

I Divizionda mövsümün ikinci hissəsinə hazırlığı davam etdirən “Kəpəz” növbəti yoxlama oyununu keçirib.

Sportline.az xəbər verir ki, komanda Gəncə şəhər stadionunun süni örtüklü meydançasında “Turan Tovuz” ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə nəticələnib.

Hər iki qol ikinci hissədə vurulub. Əvvəlcə “sarı-göylər” hesabı açıblar. Meydana əvəzetmədən daxil olan yeni transfer Tural Qürbətov fərqlənib. Rəqib final fitinə kimi bərabərliyi yaxalayıb. Əzəmət Ələkbərli son nəticəni müəyyənləşdirib.