“Turan Tovuz" "Neftçi" ilə heç-heçə etdi, "Zirə" "Kəpəz"ə qalib gəldi
Misli Premyer Liqasında 13-cü tura start verilib.
QOL.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.
"Kəpəz" "Zirə"ni qəbul edib. Yevlax şəhər stadionunda keçirilən görüş "Zirə"nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu komandaların ilk dövrədəki oyununda "Zirə" 5 cavabsız qolla qalib gəlmişdi.
Günün digər matçında isə "Neftçi" "Turan Tovuz" un qonağı olub. Tovuz şəhər stadionunda keçirilən matçda qalib müəyyənləşməyib - 0:0. "Turan Tovuz" ilk dövrədə səfərdə "Neftçi"ni 1:0 hesabı ilə məğlub etmişdi.
28 noyabr (cümə)
18:30.“Turan Tovuz” – “Neftçi” - 0:0
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Müslüm Əliyev, Vüqar Həsənli
VAR: Nicat İsmayıllı
AVAR: Rahil Ramazanov
Tovuz şəhər stadionu
14:00.“Kəpəz” – “Zirə” 0:2
Qollar: Leroy Mikels, 61, İssa Cibrila, 84
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Teymur Teymurov, İslam Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Yevlax şəhər stadionu
29 noyabr (şənbə)
14:30.“İmişli” – ”Sabah”
17:00.“Qarabağ” – “Karvan-Yevlax”
30 noyabr (bazar)
14:00.“Şamaxı” – “Sumqayıt”
16:30.“Qəbələ” – “Araz-Naxçıvan”