"Kəpəz"də yeni futbolçu

"Kəpəz" klubu yeni futbolçu transfer edib.

Sportline.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Şakir Seyidov növbəti dəfə bölgə klubunda çıxış edəcək. Müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, oyunçu 2023/2024 mövsümündə də "Kəpəz"in formasını geyinib.

Həmin dövrdə "Sabah"dan icarəyə götürülmüş futbolçu 28 matçda 1 qola imza atıb. Ş.Seyidovun son klubu da "Sabah" olub.