"Keşlə" azarkeşlərinə şad xəbər

“Keşlə”nin hücumçusu Vüsal İsgəndərlinin zədəsi sağalmaq üzrədir.

Sportline.az xəbər verir ki, futbolçu bir müddətdir zədə səbəbindən komanda ilə birgə məşq edə bilmir.

Milli komandamızın üzvü Antalya toplanışının ilk günü əzələsini dartdığı üçün komanda ilə məşqləri yarıda saxlamışdı. O, "qırmızılar"ın son yoxlama görüşündə də zədə səbəbindən meydana çıxa bilməmişdi. Ancaq artıq oyunçu fərdi məşqlərə başlayıb. Futbolçunun yaxın günlərdə komanda ilə birgə çalışacağı gözlənilir.

Qeyd edək ki, “Keşlə” yanvarın 22-də Rusiyanın “Arsenal”, 24-də isə Slovakiyanın “Zemplin” klubları ilə qarşılaşacaq.