"Keşlə" hazırlığa başladı

"Keşlə" komandası "Qəbələ" ilə oyunun hazırlıqlarına başlayıb.
 
Sportline.az xəbər verir ki, 13 günlük təlim-məşq toplanışının ardından yanvarın 25-də Bakıya qayıdan komanda, artıq Premyer Liqanın 15-ci turu çərçivəsində keçiriləcək "Qəbələ" görüşünün məşqlərinə başlayıb.
 
Qeyd edək ki, "Qəbələ" - "Keşlə" matçı fevralın 2-də keçiriləcək.