Kintananın transferi rəsmən açıqlandı

"Qarabağ"la yolları ayrılan Dani Kintana Çinin birinci liqa təmsilçisi  "Çendu Better Siti"nin düşərgəsindədir.

Sportline.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi ilə 2020-ci ilin dekabrın 31-nə qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.

2015-ci ildə "Qarabağ"a transfer olunan 32 yaşlı yarımmüdafiəçi, Ağdam klubunda 146 matçda meydanda olub, 42 qol və 23 məhsuldar ötürmənin müəllifidir.