Klopp: "Oyun sistemimizdə Sakkinin izi var"

"Liverpul"un baş məşqçisi Yurgen Klopp İtaliya mətbuatına açıqlama verib.

Sportline.az xəbər verir ki, alman mütəxəssis İtaliyada çalışmaq fikrində olmadığını deyib:

"Liverpul"dakı dönəmimdən sonra səyahətlərə çıxmaq istəyirəm. Bir qədəh əla şərab üçün İtaliyaya gələ bilərəm. Arriqo Sakki, Karlo Ançelotti və ya Maurisio Sarri ilə maraqlı söhbətlər alına bilər. İtaliyanı və dadlı mətbəxini çox sevirəm. Çalışdığım ölkənin dilini bilməyim çox vacibdir. Bəlkə, 1 il fasilə verib, italyanca öyrənə bilərəm. Bundan sonra İtaliya çempionatını düşünmək olar. Ancaq İtaliya istirahət üçün favorit yerlərimdən biridir".

52 yaşlı mütəxəssis İtaliya millisinin sabiq çalışdırıcısı Arriqo Sakkinin oyun sistemindən çox faydalandığını deyib:

"Arriqo Sakkidən çox şey öyrənmişəm. "Milan"da etdiklərini yaxşı izləmişəm. Arriqonun taktikalarını komandamda tətbiq edirəm. Bu gün "Liverpul"dakı oyun sistemimizdə Sakkinin izi var".