Klublarımızın növbəti yoxlama oyunları

Antalyada təlim-məşq toplanışında olan Azərbaycan klublarının yoxlama oyunları davam edir.

Sportline.az xəbər verir ki, bu gün Premyer Liqa təmsilçilərindən 3-ü yoxlama görüşünə çıxacaq.

"Qəbələ" klubu bu dəfə Bolqarıstan "Etar"ı ilə üz-üzə gələcək. "Qırmızı-qaralar"ın oyunu Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.

Tərlan Əhmədovun rəhbərlik etdiyi "Keşlə" komandası ikinci oyununda Rusiya "Arsenal"ı ilə münasibətlərinə aydınlıq gətirəcək. Görüşün start fiti saat 18:00-da çalınacaq.

Son Azərbaycan çempionu "Qarabağ" klubu da bu gün ikinci yoxlama matçını keçirəcək. Ağdam təmsilçisi bu dəfə Qazaxıstanın "Jetisu" klubu ilə qarşılaşacaq. Matç saat 18:00-da start götürəcək.

Qeyd edək ki, ilk matçda Macarıstanın MTK klubuna 0:3 hesabı ilə uduzan "Qəbələ" ardından Rusiya təmsilçisi "Çayka"nı 3 cavabsız qolla məğlub edib. "Keşlə" Antalyada keçirdiyi yeganə yoxlama görüşündə Almaniyanın III Bundesliqa təmsilçisi "Zvikau" klubuna 1:4 hesabı ilə uduzub. "Qarabağ" isə ilk sınağında Rumıniyanın "Akademika Klinçeni" klubu ilə 2:2 hesablı bərabərə qalıb.