Klublarımızın qış "bazarlığı"

Azərbaycan Premyer Liqasında qış fasiləsidir.

Sportline.az komandaların heyətindəki yenilikləri təqdim edir:

Qarabağ

Gələnlər: Nicat Mehbalıyev (Sumqayıt, icarə müddəti bitib).

Gedənlər: Simeon Slavçev (Levski, Sofiya), Asmir Beqoviç (Bornmut, İngiltərə, icarə müqaviləsi bitib), Riçard Almeyda (Astana, Qazaxıstan, icarə müqaviləsi bitib).

Müqaviləsi artırılanlar: yoxdur.

 

Neftçi

Gələnlər: İbrahim Əliyev (Sumqayıt), Mirabdulla Abbasov (Səbail, icarə müqaviləsi bitib), Saman Nariman Cahan (Maşinsazi, İran).

Gedənlər: Rauf Əliyev (Səbail), Kiril Petrov (Kolos, Ukrayna).

Müqaviləsi artırılanlar: yoxdur.

 

Keşlə

Gələnlər: Şohruh Qadoyev (Bunyodkor, Özbəkistan), Aleksandr Kristovao, (Al-Mojzel, Səudiyyə Ərəbistanı).

Gedənlər: Murad Qayalı (Səbail), Şahin Zəkiyev.

Müqaviləsi artırılanlar: yoxdur.

 

Sumqayıt

Gələnlər: yoxdur.

Gedənlər: İbrahim Əliyev (Neftçi), Ehtiram Şahverdiyev (Qəbələ), Nicat Mehbalıyev (Qarabağ, icarə müqaviləsi bitib).

Müqaviləsi artırılanlar: yoxdur.

 

Zirə

Gələnlər: Ağabala Ramazanov (Səbail), Davit Volkov (Qəbələ), Alie Sesay (Arda, Bolqarıstan).

Gedənlər: Soni Norde. 

Müqaviləsi artırılanlar: yoxdur.

 

Sabah

Gələnlər: Mario Marinan (Qoritsa, Xorvatiya), Marko Deviç (Vozdovats, Serbiya)

Gedənlər: Rocer Roxas (Deportes Tolima, Kolumbiya), Hendrik Ekşteyn.

Müqaviləsi artırılanlar: yoxdur.

 

Qəbələ

Gələnlər: Ehtiram Şahverdiyev (Sumqayıt).

Gedənlər: Davit Volkov (Zirə).

Müqaviləsi artırılanlar: İvitsa Juniç.

 

Səbail

Gələnlər: Murad Qayalı (Keşlə), Rauf Əliyev (Neftçi).

Gedənlər: Ağabala Ramazanov (Zirə), Mirabdulla Abbasov (Neftçi, icarə müqaviləsi bitib), Elvin Yunuszadə, İqor Korotetski, Yevgeni Koçuk

Müqaviləsi artırılanlar: yoxdur.